8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Sağlamlıq Mərkəzində rəhbərlik ilə kollektiv arasında görüş keçirildi.

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Sağlamlıq Mərkəzində rəhbərlik ilə kollektiv arasında görüş keçirildi. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı Direktoru Asiman Həsənov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə kollektivin xanım nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi Daha sonra, müasir dövrdə qadınlarımızın müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələr və onların səhiyyə sahəsindəki qazandığı uğurlar barəsində bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan qadınının öz ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdığını, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdiyini vurğuladı. Həmçinin tədbir zamanı klinikamızın əməkdaşları xanımlara öz xoş arzularını ünvanladılar. Tədbirin sonunda mərkəzimizin xanım kollektivinə hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi. Baş tutmuş görüşdən görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

Diqər xəbərlər